“Cənubi Qafqazda sülhə nail olmaq üçün…”- Lavrov şərtləri AÇIQLADI

“Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərt sülh müqaviləsi ilə bağlı məsələlərin həllində irəliləyiş, yolların açılması və  sərhədin demarkasiya və delimitasiyasıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Düşünürəm ki, bütün bu sahələrdə irəliləyiş Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir”, – Lavrov deyib.

O, Moskvanın regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə hazır olduğunu vurğulayıb.

Lavrov əlavə edib ki, Rusiya üçtərəfli görüşün faydalı olması və konkret nəticələr əldə etmək üçün əlindən gələni etməyə çalışacaq. O, Moskvanın Cənubi Qafqazda ciddi maraqlarının olduğunu da qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.