Dənizdə boğulmaqda olan 7 nəfər xilas edilib

03 İyul 2021 - 10:39

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Lökbatan”, “Astara”, “Şüvəlan”, “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.