Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dərman zavodları nə üçün işləmir? İdxaldan niyə asılı qalmışıq? –

User 05 İyun 2022 - 11:52 (Last updated: 21 May 2025 - 20:15)
derman zavodu

“Azərbaycanda dərman istehsalı ilə bağlı ümidlər böyük idi. Düşünürdük ki, Azərbaycan dərman istehsalına başlayacaq, ölkəyə dərman idxalı azalacaq, qiymət aşağı düşəcək, hətta qonşu ölkələrə dərman ixrac edə biləcəyik. Təəssüf ki, bunlar baş vermədi”.

Azpost.info bildirir ki, bu sözləri “Kaspi” qəzetinə Milli Məclisin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Musa Quliyev Azərbaycanda əczaçılıq sahəsinin vəziyyətini və perspektivini şərh edərkən bildirib.

Sosial sahə üzrə ekspert İlqar Hüseynli də deputatla həmfikirdir. Onun sözlərinə görə, hazırda Azərbaycanda dərman istehsalı ilə bağlı mövcud durum ürəkaçan deyil: “Sovet dövründə ölkəmizdə bir neçə dərman istehsal edən müəssisə var idi. Amma SSRİ dağıldıqdan sonra o zavodlar dağıdıldı. İstehsal da, demək olar ki dayanmış vəziyyətdədir. İstisna olaraq müxtəlif toz şəklində dərman preparatlarının – antibiotiklərin, yaxud sarğı materiallarının, spirtlərin, siropların istehsalı prosesi baş verir. Bu mənada istehsal bərbad vəziyyətdədir. Azərbaycan dərman preparatları ilə bağlı idxaldan asılı durumdadır”.

Statistik rəqəmlərdə isə ildən-ilə Azərbaycanda əczaçılıq məhsullarının istehsalının artdığı qeyd edilir. İ.Hüseynli deyir ki, bu, pandemiya dövrünə görə öskürəyə qarşı siropların, spirtlərin istehsalı ilə bağlı ortaya çıxan rəqəmlərdir: “Əfsus ki, böyük sənaye miqyasında istehsalın səviyyəsində bu statistikanı görə bilmirik. Azərbaycan əczaçılıqda 90-95 faiz idxaldan asılıdır”.

İ.Hüseynlinin sözlərinə görə, dərman istehsalı ciddi, vaxt aparan məsələdir. Üstəlik, burada dövlətin dəstəyi kifayət qədər olmalıdır: “Müxtəlif ölkələrin əczaçılıq zavodları ilə müzakirələr aparıldı, müəyyən razılaşmalar əldə edildi. Amma çoxu işlərə başlamadı. Prosesin sürətli getməsi üçün özəl sektorun bu işə cəlb edilməsi əhəmiyyətli dərəcədə fayda verə bilər”.

Deputat M.Quliyevin fikrincə, dərman istehsalını ölkəmizdə təşkil etmək mümkündür: “Bir şpris zavodu fəaliyyət göstərir. Kifayət qədər uğurludur. Onun təcrübəsi göstərir ki, Azərbaycan tibb texnologiyası, dərman istehsalı sahəsində lazımi uğurlar əldə edə bilər. Biz yeni dərman yaratmırıq, mövcud dərmanları istehsal etməkdən danışırıq. Bunu da təşkil etmək mümkündür”.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkı əczaçılıq sənayesi üzrə ixtisaslaşıb. Agentliyin mətbuat xidmətindən bildirildi ki, Sənaye Parkının hazırda 4 rezidenti var. Onlardan ikisi fəaliyyət göstərir. Biri birdəfəlik şprislərin istehsalı ilə məşğuldur. Biri də dərman istehsalı sahəsində fəaliyyət göstərir. Digər iki rezident fəaliyyətə başlamayıb.

Rusiya-Azərbaycan şirkəti olan “R-Pharm” MMC-nin investisiya dəyəri 16 milyon dollardır. Müəssisənin illik istehsal gücünün 250 milyon ədəd həb və kapsul təşkil etdiyi bildirilir. 2019-cu ildə açılışı olan şirkət dərman istehsalına 2021-ci ildən başlayıb. Şirkətin Pirallahı Sənaye Parkının ərazisində fəaliyyət göstərən müəssisəsində hazırda bir dərman vasitəsinin istehsalı həyata keçirilir. Bu vasitə şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan “Diabeton® MR” (qliklazid) preparatıdır. Artıq bu ilin I rübünün sonunadək müəssisədə 500 min qutu “Diabeton® MR” preparatı istehsal edilib.

Xarici şirkətlər  niyə tərəddüd edirlər? 

İ.Hüseynlinin sözlərinə görə, yerli istehsal ucuz başa gəlməlidir, amma gəlmir: “Yerli istehsalın baha olmasını şərtləndirən amillər var. Dərman istehsalı üçün xaricdən gətirilən xammallara ƏDV və gömrük rüsumlarını minimuma endirməklə, ölkədə istehsal olunan dərman preparatlarının kifayət qədər ucuzlaşmasına nail ola bilərik. Ola bilər, xarici ölkələrin əczaçılıq şirkətlərinin Azərbaycanda mövcud iqtisadi qanunlarla, vergi qanunvericiliyi ilə tanış olduqdan sonra prosesə start verməklə bağlı müəyyən tərəddüdləri var. Düşünürəm ki, vergi, gömrük güzəştləri tətbiq etsək, xarici investorları bu prosesə maraq göstərməyə stimullaşdıra bilərik. Özəl sektora aşağı faizlə kreditlərin verilməsini də təmin etsək, qısa müddətdə Azərbaycanda əczaçılıq zavodlarını qurub ölkənin həyati əhəmiyyətli dərman preparatlarına olan tələbatını minimuma endirmək mümkün ola bilər”.

 

 

Post navigation

Previous: Mister Binin atəşfəşanlığı ingilisləri qorxudub –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.