“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli

31 Mart 2020 - 15:13

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 1 aprel üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, sabah Azərbaycan bölməsi üçün saat 10:00-da Fiziki tərbiyə; 10:10-da XI sinif – Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya; 11:05-də X sinif – Biologiya, Kimya, İngilis dili Coğrafiya;11:40-da IX sinif – Biologiya, Kimya, İngilis dili Coğrafiya; 12:20-də V sinif – İngilis dili, Riyaziyyat, Azərbaycan dili, Təsviri incəsənət; 13:05-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:30-da I siniflərə Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri olacaq.

Rus bölməsi üçün 14:00-da II sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:20-də VIII sinif – Rus dili, Riyaziyyat, Fizika; 14:55-də X sinif – Rus dili, Biologiya, Fizika; 15:30-da XI siniflərə – Kimya, Biologiya və Coğrafiya dərsləri olacaq.