“Dərs vaxtı”:

sabaha nəzərdə tutulan cədvəl açıqlandı
18 Mart 2020 - 15:37

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 19 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün 10:00 – Fiziki tərbiyə, 10:15 VI sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Coğrafiya; 11:00 X sinif – Azərbaycan dili, Riyaziyyat, Azərbaycan tarixi, Fizika; 11:40 I sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:10 II sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 12:30 III sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:00 IV sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili dərsləri olacaq.

Rus bölməsi üçün isə 14:00 IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:30 X sinif – Rus dili, Fizika, Biologiya; 15:00 XI sinif – Riyaziyyat, Kimya, Coğrafiya dərsləri olacaq.