Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dərslər başladı, polis valideynlərə müraciət etdi

User 15 Sentyabr 2025 - 09:06 (Last updated: 15 Sentyabr 2025 - 09:06)
Yol polisi

Yol polisi

Yeni tədris prosesinin başlanması ilə bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

“Tədris prosesinin başlanması ilə paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti daha da intensivləşir. Bu, ilk növbədə məktəb və bağça ətrafında, eləcə də ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə özünü göstərir. Belə şəraitdə həm sürücülərin, həm valideynlərin, həm də şagird və tələbələrin qaydalara ciddi əməl etməsi xüsusi əhəmiyyət daşıyır.

Sürücülərdən xahiş olunur ki, zəruri olmadıqda şəxsi avtomobildən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər, dayanma-durma qaydalarını pozmasınlar və təhsil müəssisələrinin yaxınlığında sürəti azaldaraq daha diqqətli olsunlar.

Valideynlər uşaqları məktəbə gətirərkən kortej şəklində hərəkət etməməli, imkan daxilində eyni nəqliyyat vasitəsindən bir neçə şagirdin daşınması üçün istifadə etməli, avtomobilləri yalnız icazə verilən yerlərdə saxlamalıdırlar. Uşaqların avtomobildən düşməsi zamanı onların mütləq səkiyə yaxın qapıdan çıxmasına nəzarət edilməlidir.

Piyadalar, o cümlədən şagird və tələbələr, yalnız nişanlanmış piyada keçidlərindən istifadə etməli, qəfil yola çıxmamalı, hərəkət zamanı isə diqqətlərini yayındıran amillərdən uzaq durmalıdırlar”.

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris prosesinin başlanması münasibətilə bütün təhsil ictimaiyyətini bir daha təbrik edir və xatırladır ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır.

AzPost.az

Post navigation

Previous: Avropanın Rusiyaya qarşı sanksiyaları sərt deyil –
Next: Dünyada ən qoca və ən cavan milyarder kimdir? –

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabah 21 dərəcə isti olacaq – HAVA

User 18 Noyabr 2026 - 12:45
ramiz
  • Sosial

Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi

User 18 Noyabr 2026 - 10:06
DIN
  • Sosial

Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu

User 18 Noyabr 2026 - 10:02

xƏBƏR

putin tramp
  • Dünya

Putin və Tramp Çində ayaqüstü söhbət edib – VİDEO

User 18 Noyabr 2026 - 16:42
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində təşkil...
Read more about Putin və Tramp Çində ayaqüstü söhbət edib – VİDEO
Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb? eliller
  • Baş Yazı

Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?

User 18 Noyabr 2026 - 15:46
Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA 4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir? amazonka tayfa
  • Maraqlı

Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?

User 18 Noyabr 2026 - 15:26
Putin, Tramp və Si Cinpin arasında danışıqların mövzuları açıqlanıb tramp putin cin
  • Dünya

Putin, Tramp və Si Cinpin arasında danışıqların mövzuları açıqlanıb

User 18 Noyabr 2026 - 15:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.