“Rusiya prezidenti Vladimir Putin 2019-cu ildəki şəxsi görüşdə atəşkəsə çağırıb”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski mətbuat konfransında deyib.
“Ona dedim ki, Minsk razılaşmaları işləməyəcək. Çünki qoşunların təmas xəttinə çıxarılması ideyasının özü işlək olmayacaq. O, dəfələrlə atəşkəs məsələsini gündəmə gətirirdi”, – Zelenski bildirib.
O qeyd edib ki, rusiyalı həmkarı ilə şəxsi təmasda onu nəyinsə təəccübləndirib-təəccübləndirmədiyini deyə bilmir. Çünki görüşün özü sanki başqa bir həyatda baş tutmuşdu. Zelenski görüşün digər təfərrüatlarını xatırlamadığını deyib.
İki ölkə liderinin görüşü 2019-cu ildə Parisdə “Normandiya formatı” üzrə sammitində baş tutub. Daha sonra Putin Zelenski Fransa prezidenti Emmanuel Makron və Almaniyanın o zamankı kansleri Angela Merkellə ikitərəfli görüşlər keçirib.
Azpost.info