“Dəhlizlər tez açılsa Azərbaycanın Avrasiya Birliyinə üzvlüyü də sürətlənəcək” –Rusiya Dövlət Dumasının komitə sədri

“Dəhlizlər və sərhədlər nə qədər tez açılsa Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması bir o qədər sürətlənəcək”.

Azpost.info bildirir ki, bunu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Sputnik-ə müsahibəsində bildirib.

Kalaşnikovun sözlərinə görə, iqtisadi münasibətlər nə qədər tez qurulsa, dəhlizlər və sərhədlər nə qədər tez açılsa, minalanmış ərazilərin xəritələri nə qədər tez verilsə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması bir o qədər sürətlənəcək.

Onun sözlərinə görə, AİB-dən daha çox fayda götürən Rusiya deyil, bu ölkə ilə birlikdə ittifaqa daxil olan dövlətlər – Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstandır. Çünki bu ölkələr öz məhsullarını satmaq üçün nəhəng Rusiya bazarına çıxış əldə ediblər.

“Azərbaycan bununla maraqlanır? Əlbəttə! Məsələn, Belarusda sənaye və ümum daxili məhsul dərhal 25 faiz artdı. Bu bazarın açılması sayəsində. Düşünürəm ki, yaxın gələcəkdə Bakını ittifaqda görməkdən uzaq deyilik”, – deyə Dövlət Dumasının komitə sədri fikrini yekunlaşdırıb.

Şuşa Bəyannaməsini Azərbaycan, Ermənistan və Rusiyanın imzaladıqları sülh razılaşması çərçivəsində dəyərləndirən Kalaşnikov qeyd edib ki, bu sənədə müxtəlif tərəflərin, ilk növbədə də, Rusiyanın cəlb olunması anons edilib və bu, heç şübhəsiz, müsbət cəhətdir.

O qeyd edib ki, əgər Türkiyə Azərbaycan, Ermənistan, İran, Gürcüstan və Rusiya arasında iqtisadi münasibətlərin bərpa olunmasında iştirak edəcəksə, bu addımı yalnız alqışlamaq olar: “Qonşular istənilən münaqişəni, əgər orada fərqli siyasi məqsədləri olan, Rusiya sərhədlərində sülh istəməyən amerikalılar və avropalılar kimi üçüncü qüvvə iştirak etmirsə, daha tez həll edə bilərlər. Minsk Qrupunun sülhyaratma prosesi məhz buna görə 30 il ləngidi. Vəziyyət yenicə düzəlməyə başlayır, ancaq əgər oraya çoxlu sayda iştirakçı dəvət olunarsa, həmin prosesin idarə olunması pozular”, – deyə Kalaşnikov vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FHN Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb

Sonrakı məqalə

Bakıda Xəzəryanı dövlət başçılarının sammitinə hazırlıq müzakirə olunub –