Dələduzlardan necə qorunaq? E-maili açarkən bunlara diqqət edin

Məktubun gəldiyi e-poçt ünvanına diqqət yetirmək və onu göndərən şirkətin veb saytında əsli ilə yoxlamaq lazımdır.

AzPost xəbər verir ki, fırıldaqçılar tez-tez orada yalnız bir simvolu dəyişirlər və bununla istifadəçiləri aldadırlar.

Bir qayda olaraq, hakerlərin e-poçt ünvanları normal domenlərə çox bənzəyir və bir simvolla fərqlənir.

Əgər sizə göndərilən məktubda hər hansı güzəştdən söhbət gedirsə, o zaman bu barədə məlumat şirkətin saytında və mobil proqramında mütləq olacaq.

Əlavə edilmiş faylların təhlükəsiz olduğuna əmin olmadıqda onları açmayın. Çünki dələduzlar məhz bu yol ilə sizin cihazlarınıza asanlıqla daxil ola bilir.

AzPost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.