Dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur- Muxtar Babayev

“Dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur”.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.

“Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə – balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir”, – deyə nazir qeyd edib.

Əvvəlki məqalə

Mikro sahibkarlara vergi güzəştinin şərtləri dəyişir

Sonrakı məqalə

Bayden Qəzzada döyüşləri dayandırmağa çağırıb