Dərbənd meri şəhərin azərbaycanlı ağsaqqalları ilə görüşüb –Dünənki qarşıdurma müzakirə olundu

Rusiyanın Dərbənd şəhərinin meri Xizri Abakarov və Şəhər deputatlar Məclisinin sədri Mövsüm Rəhimov Dərbəndin tarixi hissəsinin ağsaqqalları ilə görüşüb. 

Dərbənddəki Azərbaycan Diasporunun sədri Telman Tahirlinin verdiyi məlumata görə, görüşdə Dərbəndin Cümə məscidinin axundu Seyid Həşim Mirteyibov, Cümə məscidinin icmasının sədri Seyid Yəhya Seyidov, şəhər administrasiyasının sədrinin birinci müavini Rüstəmbəy Pirməhəmmədov, şəhər merinin müavini Vidadi Zeynalov, mağalların ictimai təşkilatlarının nümayəndələri, şəhər məclisinin  deputatları iştirak ediblər.

Görüşdə Dərbəndin tarixi hissəsi ilə bağlı problemli məsələlər müzakirə olunub, mağalların və Narın-Qala qalasının inkişafı barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa Dərbəndin muzey-qoruğunun işçiləri ilə, hansılar ki, mağalların sakinidirlər, onlarla muzeyin yeni rəhbərliyinin arasındakı anlaşılmazlıq barədə danışılıb.

Dərbənd meri baş verənlərə izahat verib. O, qeyd edib ki, turistləri Rusiyanın qədim şəhərinə cəlb edən mağallar Dərbəndin mirvarisidir, maqnitidir. Bu, Dərbəndin inkişaf etməkdə olan iqtisadiyyatının əsasıdır.

Şəhər başçısı administrasiyanın görəcəyi tədbirlər barədə danışıb. O, rəhbərliyin əsas vəzifəsinin  mağalların sakinlərinin layiqli, bütün lazımi kommunal xidmətlərin təmin olunduğu şəraitdə yaşamasını təmin etməkdən ibarətdir.

Xizri Abakarov şəhər administrasiyasının Dərbəndin tarixi hissəsində yaşayan sakinlərin torpaq sahələrinə və evlərinə sahib olmaq haqqında sənədlərin verilməsinə kömək edəcəyini də söyləyib.

Görüşün sonunda mövcud problemlərin açıq müzakirəsi üçün müntəzəm olaraq bu cür görüşlərin keçirilməsi barədə qərar verilib”, – deyə T.Tahirli bildirib.

Qeyd edək ki, Dərbənd şəhərindəki Muzey-Qoruq Kompleksinin yeni təyin edilən direktoru Viktor Çesnakov  şəhərin azərbaycanlılar yaşayan qədim hissəsinin hərraca çıxarılaraq satılacağını elan etməsi bu şəhərin qədim əhalisi olan azərbaycanlıların etirazına səbəb olub. Onlar Muzeyin qarşısında etiraz aksiyası keçiriblər. Bu zaman qarşıdurma yaranıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıdan Moskvaya gedən qatarlar dayandı –

Sonrakı məqalə

20 min manatdan artıq dollar alanlar barədə məlumatlar toplanır –