“Dəstəyə görə qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm” –Dövlət Başçısı

“Bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm”.

Azpost.info bildirir ki, bu sözləri Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirib.

“Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır. Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Hər zaman mən əziz Qardaşımla bu barədə danışanda biz bilirdik ki, bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Prezidentimizin bir tapşırığı var, qardaş Azərbaycanı tək qoymayın” –

Sonrakı məqalə

Ermənistan ordusunun xüsusi təyinatlı hərbi hissəsi darmadağın edilib