Da Vinçinin 540 il əvvəl çəkdiyi “Ayı başı” eskizi 12 mln. dollara satılıb

İtaliyalı rəssam Leonardo da Vinçinin yaratdığı ayı başının eskizi “Christie’s” hərracında satılıb. Əsər hərracda 8,86 milyon funt-sterlinqə (12,2 milyon dollar) alınıb.

Bu barədə “Christie’s” hərrac evinin “Twitter” səhifəsində bildirilib.

7×7 sm ölçülü eskiz gümüşü qələmlə çəhrayı-bej rəngli kağız üzərində təsvir olunub. Mütəxəssislərin fikrincə, Leonardo bu rəsmi 1480-ci illərin əvvəllərində, ehtimal ki, 1482-ci ildə Florensiyadan Milana köçməzdən əvvəl çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR-ın şöbə rəisi ilə bağlı qızıl külçə qalmaqalı –

Sonrakı məqalə

Füzulinin azad edilən ərazisində 1263 nəşə kolu aşkar edilib –