Dağıstanda zəlzələ olub. Ardıcıl təkanlar Untsukulski rayonunda, digəri isə Xasavyurt rayonunda qeydə alınıb.
Azpost.info bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumat yayıb.
Tələfat və ya dağıntı olmayıb.
Rusiya Elmlər Akademiyasının Dağıstan Geofizika Xidmətinin məlumatına görə, 2,8 bal gücündə ilk zəlzələ Moskva vaxtı ilə saat 16:44-də Untsukulski rayonunda 13 kilometr dərinlikdə baş verib. 4,7 bal gücündə olan ikinci zəlzələ episentri 79 kilometr dərinlikdə olan Xasavyurt rayonunda olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu zəlzələlərdə heç kimin xəsarət almadığını və infrastrukturun zədələnmədiyini dəqiqləşdirib.