Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Dağlarda obam qaldı” filmi ictimaiyyətə təqdim olundu

User 21 Noyabr 2023 - 13:58 (Last updated: 21 May 2025 - 20:15)
385521996_866589168282629_9185376398000453761_n

“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Bir gün evimizə qayıdacağıq” layihəsi çərçivəsində  çəkilmiş “Dağlarda obam qaldı” sənədli qısametrajlı filmi ictimaiyyətə təqdim olundu.  

Tədbiri açan birliyin sədri Vüsalə Hüseynhli ərsəyə gəlmiş  layihənin uzun müddətli fəaliyyət üçün  hədəfləndiyini bildirib: “ Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra soydaşlarımızsın Qərbi Azərbaycan torpaqlarına, öz dogma yurdlarına qayıdışı məsələsi artıq gündəmimizdir. Bu baxımdan dünya ictimaiyyəti məlumatlandirilmalı, ermənilərin yalan informasiyalarından əlavə doğru informasiyaları da qəbul etməlidirlər.

Tədbirin moderator professor, Dərələyız icmasının rəhbəri  Mahirə xanım Hüseynova, Qərbi Azərbaycanın bir-birindən gözəl mahallarını xatırlayaraq, uşaqlıqdan bu günə kimi hər bir azərbaycanlının  məhz bu ərazilərin niniləri, bayatıları ilə böyüdüyünü. Bulaqların səsinin, çiçəklərin ətrinin 30 ildə unudulmadığını vurğuladı.  Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ərsəyə gəlmiş filmin yaradıcı heyyətinə təşəkkür edərək,  bildirdi ki, təmsil etdiyi qurum bundan sonra da QHT-lərə ölkə üçün prioritet sayıloan mövzularda dəstək verməyə hazırdır.

Millət vəkilləri Naqif Həmzəyev, Hikmət Babaoğlu Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşərək, tarixi torpaqlara qayıdacaqları günün uzaqda olmadığını vurğuladılar. Qərbi Azərbaycan ərazisində Sosial Araşdırmalar Mərkəzinin  sector müdiri, tədqiqatçı Əfqan Vəliyev  Qərbi Azərbaycan ərazilərində bu günə kimi məhv edilmiş  maddi-mədəni sərvətlərimizdən söhbət açaraq, beynəlxalq aləmin bu kimi faktlarla məlumatlandırılmasına ehtiyac var.   Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü  Günel Səfərova bu istiqamətdə maarifləndirmə işinin davamına, xüsusilə məktəblərdə iş aparılmasına, az yaşlılar üçün cizgi filmlərinin çəkilməsinə ehtiyac olduğunu bildirib.  Qeyd edək ki, tədbirdə Qərbi Azərbaycandan olan alim və professorlar, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri fikir və təkliflərini səsələndiriblər. Sonda filmin ssenari müəllifi, tanınmış journalist Aygün Muradxanlı  əörsəyə gətirdiyi işlə bağlı fikirlərini bölüşdü: “ Mən Qərbi Azərbaycan ərazilərində heç zaman olmasam da ancaq oxuduqlarım, gördüklərim, söhbət etdiyim soydaşlarımızın təsiri ilə o hisləri yaşadım və inanıram ki, çox tezliklə soydaşlarımız öz yurdlarına qayıdacaqlar.”

Xatırladaq ki, layihənin əsas məqsədi bir əsrdə dörd dəfə öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza, Qərbi azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılan etnik təmizləmə siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır.  Beynəlxalq auditoriya üçün nəzərdə tutulan film yaxın günlərdə social çəbəkələr vasitəsi ilə izləyicilərə təqdim olunacaq.  Filmin layihə rəhbəri Vüsalə Hüseynli, ssenaristi Aygün Muradxanlı, rejissoru Anar Bəxtiyaroğlu, tərcüməsini isə Faiq Mahmudov edib.

 

 

Post navigation

Previous: Emoməli Rəhmon Rusiyaya niyə gəlib?
Next: “Abzas Media”nın baş redaktoru saxlanılıb

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
65 yaşdan sonra şəxsi gigiyena ilə bağlı gündəlik vərdişlərə yenidən baxmaq lazım gələ bilər. Yaş artdıqca dəri...
Read more about 65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər cay kofe
  • Maraqlı

Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər

User 30 Oktyabr 2026 - 17:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.