“Dağlıq Qarabağın statusu əlavə danışıqların aparılmasını tələb edir” –Rusiya Federasiya Şurasının sədri

“Rusiya Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün beynəlxalq səylərə inanır”.

Azpost.info bildirir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bu gün jurnalistlərə bildirib.

“Dağlıq Qarabağın statusu əlavə danışıqların aparılmasını tələb edir. Biz əlbəttə, Dağlıq Qarabağda prosesin tənzimlənməsi üçün cəlb edilmiş ATƏT-in, Fransa və ABŞ prezidentlərinin və digər ölkələrin səylərinə inanırıq. Hələ qarşıda çox ağır iş durur. Amma əsas odur ki, Azərbaycana məxsus olan ərazilərin qaytarılmasını tələb edən beynəlxalq sənədlərin icrası təmin edib. Burada Rusiya əsas rol oynayıb”.

Matvienko deyib ki, Rusiya münaqişənin dərinləşməsinə imkan verməyib: “Bu o qədər də sadə razılaşma deyildi. Buna nail olmaq asan olmadı. Bu gün məhz rus sülhməramlıları o zonada sazişi qoruyur, şərtlərinin pozulmasına imkan vermir”.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir