Daha 15 min nəfər 190 manat ödəniş aldı –NAZİRLİKDƏN AÇIQLAMA

Azərbaycanda işsiz kimi qeydiyyata alınan daha 15 min şəxsə birdəfəlik ödəniş (190 manat) həyata keçirilib. Bununla da həmin ödənişi alanların sayı 35 min nəfərə çatıb.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 15 min şəxsə birdəfəlik ödəmə vəsaitinin ödənişini həyata keçirdi. Ödəmə vəsaitləri bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Həmin şəxslərin müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda – istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edir. Aprelin 9-10-da da hər gün 10 min nəfərə birdəfəlik ödəmə vəsaiti poçt şöbələrinə və bank filiallarına köçürülüb. Ümumilikdə indiyədək artıq 35 min işsiz şəxs üçün birdəfəlik ödəniş həyata keçirilib və qeydiyyata alınan digər işsiz şəxslərə ödəmələrin verilməsi də təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp mayın 1-dən ABŞ-ın normal həyata dönəcəyinə ümid edir

Sonrakı məqalə

“Azərenerji”nin rəhbərinin qardaşı