Tramp mayın 1-dən ABŞ-ın normal həyata dönəcəyinə ümid edir

ABŞ prezidenti Donald Tramp deyir ki, iqtisadiyyatı nə zaman yenidən açacağı ilə bağlı qərar “indiyədək verdiyim ən böyük qərar olacaq.”

O cümə günü bildirib ki, bu qərarın müsbət və mənfi tərəflərini səhiyyə və iqtisadi müşavirləri ilə müzakirə edəcək. Lakin ştatların Trampın qərarına əməl edib-etməyəcəkləri bəlli deyil. Tramp rəsmi olaraq ölkədə karantin rejimi elan etməyib, bu qərarları hər ştatın öz qubernatoru verib.

Tramp deyib ki, o, ölkənin mayın 1-də açılmasını istəyir.

Ölkənin ən yüksək yoluxu xəstəliklər eksperti Dr. Antoni Fauçi CNN-ə verdiyi müsahibədə deyib ki, “açıb-açmamaq qərarını virus verir.” O xəbərdarlıq edib ki, erkən davranmaq yoluxmaların yenidən artmasına gətirib çıxara bilər.

Dünya ölkələrin çoxu ölümcül virusun yayılmasının qarşısını almaq üçün insanlara evdə qalmalarına dair göstərişlər versə də, yoluxma halları artmağa davam edir.

Cons Hopkis Koronavirus Resurs Mərkəzi dünya boyu virusdan 102 mindən çox insanın oldüyünü bildirdir, lakin bir çox ictimai səhiyyə ekspertləri bu rəqəmin daha yüksək olduğunu düşünür, çünki ölümdən sonra keçirilən testlərin məhdud olması, eləcə də evsizlik və başqa səbəblərdən dolayı COVID-19-dan ölən hər kəs bu rəqəmə əlavə olunmayıb.

ABŞ koronavirusun yeni qaynar nöqtəsidir. Dünya boyu virusa yoluxan 1.7 milyon insandan yarım milyonu ABŞ-dadır. İspaniya 158000 təsdiq olunmuş yoluxma halları ilə ikinci, İtaliya isə 147000 yoluxma halı ilə üçüncü yerdədir.

Cümə günü ABŞ-da indiyədək ən çox, 2100 yeni olüm halı qeydə alınıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirir ki, ABŞ-dakı ölüm hallarına dair göstəriciləri “düzgün deyil”, çünki bu rəqəmlərə yalnız laboratioriyalarda təsdiq olunan ölümlər daxil olunub.

Braziliyada ölənlərin sayı cümə günü 1000 nəfəri ötüb. Bununla Braziliya regionda bu rəqəmə çatan ilk ölkə olub.

Çin cümə günü yenə Hubey vilayətində yeni yoluxma hallarının olmadığını, Çinin digər hissələrində isə 46 yeni yoluxma halının qeydə alındığını bildirib. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsraildə koronavirusdan ölənlərin sayı 100-ü keçib

Sonrakı məqalə

Daha 15 min nəfər 190 manat ödəniş aldı –