Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Daha bir aşağıbüdcəli aviaşirkət Azərbaycana uçuş həyata keçirəcək

User 06 Sentyabr 2023 - 14:25 (Last updated: 21 May 2025 - 20:15)
1693990577123613800_1200x630

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşəbbüsü ilə bu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo” kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub.

RİNN-dən bildirilib ki, Dövlət Mülki Aviasiya Agentliyinin bu istiqamətdə gördüyü işlər nəticəsində müvafiq xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 16-ya çatdırılaraq onların sırasına Gürcüstanın “Georgia Wings” aviadaşıyıcısı da əlavə olunacaq.

Bununla da Bakıdan uçuşlar yerinə yetirilən populyar istiqamətlərdə yalnız bir aviaşirkətin xidmət göstərdiyi marşrut qalmayacaq.

Gürcüstan aviadaşıyıcısının Tbilisi-Bakı marşrutu üzrə ilk reysi sentyabrın 6-da həyata keçəcək. Aviaşirkət 72 nəfər üçün nəzərdə tutulmuş ATR72-500 təyyarəsi ilə Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə 3 dəfə olmaqla (çərşənbə, cümə və bazar günləri) müntəzəm uçuşlar yerinə yetirəcək.

Qeyd edək ki, yaxın zamanda “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşlar həyata keçirilməyə başlayacaq. Bu da büdcəli səyahətlər üçün yeni perspektivlərin açılmasını və ölkəmizin daha da əlçatan və cəlbedici turizm məkanına çevirilməsi istiqamətində işlərin fəal şəkildə davam etdiyini göstərir.

Post navigation

Previous: “Ermənistan və ABŞ-ın birgə təlimləri Rusiyada narahatlıq doğurur”
Next: “Sürünərəm dizin-dizin…” –

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.