Daha bir dövlət uşaqlara sosial mediaya çıxışı qadağan edir

Sloveniya Baş nazirinin müavini Matej Arkon ölkənin 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edən qanun layihəsi hazırladığını açıqlayıb.

AzPost bildirir ki, bu barədə Reuters xəbər verir.

Arkonun sözlərinə görə, Təhsil Nazirliyi bu təşəbbüsü digər ölkələrin təcrübəsinə əsaslanaraq irəli sürüb. O əlavə edib ki, təhsil və rəqəmsal texnologiya mütəxəssisləri də uşaqların və yeniyetmələrin qorunmasına yönəlmiş qanunun hazırlanmasında iştirak edəcəklər.

“Son həftələr və aylarda bu mövzu dünyada və Avropada fəal şəkildə müzakirə olunur. Bu yolla biz hökumət olaraq uşaqlarımıza olan qayğımızı nümayiş etdiririk”, – Arkon hökumət iclasından sonra bildirib.

Rəsmi şəxs TikTok, Snapchat və İnstaqramdan bəhs edərək hökumətin sosial medianı tənzimləmək istəyini vurğulayıb.

Reuters-in məlumatına görə, Sloveniyanın təxminən 2 milyon əhalisivar. Ölkə bu həftənin əvvəlində yeniyetmələrə sosial mediadan istifadənin qadağanı təklif edən İspaniya və Yunanıstanın nümunəsini izləyir.

Yüksək vəzifəli hökumət mənbəyinin məlumatına görə, İspaniya 16 yaşdan kiçiklər üçün sosial medianı qadağan etmək istəyir və Yunanıstan 15 yaşdan kiçik uşaqlar üçün də oxşar qadağanı elan etməyə yaxındır.

Böyük Britaniya və Fransa kimi digər ölkələr də sosial mediaya məhdudiyyətləri sərtləşdirməyi düşünürlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.