Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib

Vətən müharibəsində itkin düşən daha bir hərbiçimizin şəhid olduğu müəyyənləşib.

Adı Vətən müharibəsinin itkin düşmüş hərbiçilərin siyahısında olan Əmrah Rafapovun şəhid olduğu təsdiqlənib.

5 aydan sonra şəhid olduğu müəyyənləşən hərbçimiz bu gün Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Ə. Rafapov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 8-də şəhid olub.

Xatırladaq ki, 2000-ci il təvəllüdlü Ə. Rafapov Gəncədə anadan olub. Uşaq  yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən Uşaq evində böyüyüb. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanın yeni hökumətinin xarici siyasət kursu müəyyənləşib

Sonrakı məqalə

Dəniz Agentliyi Xəzərdə kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib