Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Daha bir məktəb direktoru işdən çıxarıldı

Orkhan Ali 20 May 2025 - 11:43 (Last updated: 21 May 2025 - 20:32)
Firəngiz Həmidova

Firəngiz Həmidova

Bakıda 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova işdən çıxarılıb.
Bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, may ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.
Belə ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 16 May 2025-ci il tarixdən xitam verilib.
Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.
Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Xatırladaq ki, bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktoru  Yaqut Müseyibli yayılan səs yazısından sonra dərhal vəzifəsindən azad edilib.
Qeyd edək ki, Bakıda yerləşən 200 saylı Məktəb-Lisey Kompleksinin direktoru işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. Esmira Quliyeva Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyevin qızıdır.

AzPost.az

Post navigation

Previous: Dəmir Kargo vətəndaşı niyə incidib?
Next: İcra başçısı bəzi işçiləri vəzifəsindən azad etdi

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.