Daha bir türk əsgəri İdlibdə həlak olub –

İki hərbçi yaralanıb
29 Fevral 2020 - 09:20

Suriyanın İdlib bölgəsində Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub.

“Anadolu” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, İdlibdə sülhü qorumaq məqsədilə yerləşdirilən Türkiyə Silahlı Qüvvələri hədəflərinə rejim qüvvələri tərəfindən atılan top atəşləri nəticəsində bir əsgər şəhid olub, daha iki əsgər yaralanıb.

Nazirlik bölgədə rejimə aid hədəflərə bundan sonra da zərbələrin endiriləcəyini bildirib.