Daha bir türk əsgəri İdlibdə həlak olub –İki hərbçi yaralanıb

Suriyanın İdlib bölgəsində Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub.

“Anadolu” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, İdlibdə sülhü qorumaq məqsədilə yerləşdirilən Türkiyə Silahlı Qüvvələri hədəflərinə rejim qüvvələri tərəfindən atılan top atəşləri nəticəsində bir əsgər şəhid olub, daha iki əsgər yaralanıb.

Nazirlik bölgədə rejimə aid hədəflərə bundan sonra da zərbələrin endiriləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bəşər Əsədi və Rusiyanı hücumu dayandırmağa, beynəlxalq hüquqa hörmət etməyə çağırırıq” –

Sonrakı məqalə

İtaliyada koronavirusdan 21 nəfər ölüb –