Daha iki siyasi partiya birləşmək haqqında qərar verdi –ADLAR

“Siyasi partiyalar haqqında” yeni qanundan sonra partiaların birləşməsi prosesi davam edir.

Azpost.info xəbər verir ki. yaxın günlərdə daha bir neçə partiyanın birləşdiyini elan edəcək.

Söhbət Sosial Ədalət və Qorqud partiyalarından gedir. Məlumatda deyilir ki, hər iki partiya yaxın günlərdə Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) birləşdiyini ealn edəcək.

Adıçəkilən partiyaların birləşmə prosesində VHP-ni seçməsi təsadüfi deyil. Sosial Ədalət Partiyası 1994-cü ildə təsis edilib. Qurucusu keçmiş deputat Mətləb Mütəllimlidir. Mətləb Mütəllimli VHP sədri, deputat Sabir Rütsəmxanlı ilə həmyerlidir. Qorqud Partiyası isə 1993-cü ildə yaradılıb. Sədri Firudin Kərimovdur. Firudin Kərimov da Sabir Rüstəmxanlı ilə həmyerlidir.

Bildirilir ki, hər iki partiyanın VHP-ni seçməsində regional amil rol oynayıb.

Abbas

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.