Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanmış tik-tokerlərdən daha ikisi barədə həbs qətimkan tədbiri seçilib.
AzPost məlumatına görə, “Xan” ləqəbli Əsgər Əlizadə və “Magerramoff” ləqəbli tiktoker Əmrah Məhərrəmov da həbs ediliblər.
Hər iki şəxs barəsində Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinirlər.
Xatırladaq ki, polisin keçirdiyi əməliyyat nəticəsində xeyli sayda tik-toker saxlanılıb.
Onlar Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinirlər.