Daha iki tiktoker azadlığa buraxıldı

Tiktokerlər
Tiktokerlər

Satış məqsədi olmadan narkotik vasitə saxlama ittihamı ilə həbs edimiş daha iki tiktoker azadlığa buraxılıb.

AzPost xəbər verir ki, bu barədə “Qafqazinfo”ya vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsi müvəkkilləri- Əsgər Əlizadə (“Xan”) və Nuh Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edib.

Qərara əsasən hər iki tiktoker ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ötən həftə də eyni ittihamla saxlanılan bir neçə tiktoker barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.