Danimarka Baş naziri küçədə hücuma məruz qalıb

Danimarka Baş naziri Mette Frederiksen küçədə hücuma məruz qalıb.

Azpost.info xəbər verir ki, bu barədə CNN Danimarka hökuməti başçısının ofisinə istinadən məlumat yayıb.

“Cümə günü axşam, iyunun 7-də Kopenhagenin Kultorvet meydanında bir adam baş nazir Mette Frederiksenə hücum edib. Həmin şəxs saxlanılıb”, – məlumatda deyilir.

Baş nazirin baş verənlərdən şoka düşdüyü bildirilir.

Hücum edənin adı və soyadı açıqlanmır, hadisənin motivləri də məlum deyil.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar

Sonrakı məqalə

Bu il vergi daxilolmalarının həcmi 7,5 milyard manat olub