Danışıqlar dayandı: Tramp Xameneyiyə müraciət etdi –"İndi çox narahat olmalıdır"

ABŞ prezidenti Donald Tramp İranla danışıqların dayandırılmasından sonra dini lider Xameneiyə müraciət edib.

“İran lideri “Xameneyi indi çox narahat olmalıdır”, – deyə Tramp bildirib.

Tramp İrana qarşı hərbi əməliyyat başlatmağı düşünür. Reuters Amerika mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp hazırda İrana qarşı hərbi əməliyyat başlatmağa meyllidir.

Eyni zamanda, yüksək vəzifəli bir İran mənbəsi Tehranın ABŞ təzyiqinə boyun əymək niyyətində olmadığını bildirib və Vaşinqtonun artıq Omanda danışıqlar aparmağa razılıq verdiyini qeyd edib. Onun sözlərinə görə, Amerikanın görüşün keçiriləcəyi yerə etirazları mahiyyət etibarilə əvvəllər razılaşdırılmış gündəmdən yayınmaq cəhdidir.

İranlı həmsöhbətlər Livanın Əl-Məyadin televiziya kanalına verdiyi müsahibədə ölkənin nüvə məsələsindən kənar tələblərə icazə verməyəcəyini və razılaşdırılmış dialoq mətnini dəyişdirmədən danışıqlara hazır olduğunu vurğulayıblar.

İslam İnqilabı Keşikçiləri Korpusu həmçinin bildirib ki, ABŞ İrana müharibə başlatmağa cəhd edərsə, bölgədəki Amerika hərbi obyektləri cavab tədbirləri üçün qanuni hədəf hesab ediləcək. Zərbələr yalnız bir və ya iki baza ilə məhdudlaşmayacaq.

Onların fikrincə, Xameneyinin təlimatları ilə belə bir vəziyyəti tammiqyaslı regional münaqişəyə çevrilə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.