Daşınmaz əmlak bazarında qiymət artımı gözlənilirmi? (AÇIQLAMA)

Daşınmaz əmlak
Daşınmaz əmlak
“Hazırda ipoteka ilə satışa çıxarılan evlərin qiymətində artım müşahidə olunur”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
Ekspert fərdi mənzillərin qiymətində artımın olmadığını qeyd edib:
“Əmlak bazarında hələ canlanma yoxdur. Çünkü bazarda alıcı qıtlığı var”.
İnşaat materiallarının qiymətinə gəlincə, ekspert bu sahədə hər hansı bir dəyişikliyin olmadığını vurğulayıb:
“Əksinə, armaturun ötən illə müqayisədə qiyməti enib. Sementin qiymətində artım var. Əmlak bazarında qiymətin enməsi kütləvi mülkü inşaatdan asılıdır. Kütləvi inşaat olmadığından rəqabət zəifdir”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.