Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı informasiya sistemi yaradılıb

User 17 Noyabr 2023 - 13:00 (Last updated: 21 May 2025 - 20:15)
P imza

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, müəyyən edilib ki, Sistem ərizəçinin daşınmaz əmlakın dövlət reyestrini və kadastrını tərtib edən və aparan quruma müraciətinin və ona əlavə edilən sənədlərin (məlumatların) qəbulu, emalı və nəticələrinə dair elektron sənədlərin, habelə məlumatların elektron qaydada verilməsini, eləcə də ərizəçilər tərəfindən müraciətlərin icra vəziyyətinin izlənilməsini; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş sənədlərin (məlumatların), həmçinin daşınmaz əmlakın tarix və mədəniyyət abidəsi olması barədə məlumatın Sistemə daxil edilməsini və həmin sənədlərdən (məlumatlardan) istifadə edilməsini; daşınmaz əmlak üzərində hüquq əldə edən, onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin, habelə notariuslar və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş hallarda notariat hərəkətinin aparılması üçün zəruri olan məlumatların elektron qaydada Sistemdən yoxlanılmasını və əldə edilməsini; daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması üçün əsas olan hüquqi və texniki sənədlərin, habelə məlumatların əldə edilməsini; qanunla nəzərdə tutulan ödənişlərin elektron qaydada həyata keçirilməsi imkanının yaradılmasını təmin edir.

Nazirlər Kabineti altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Sistemin yaradılması ilə əlaqədar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sahələrində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Post navigation

Previous: Quba və Qusarda dağlıq ərazilərə qar yağıb
Next: Sabah hava necə olacaq?

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vlll Qurultayında seçilmiş Təftiş Komissiyasının...
Read more about YAP Təftiş Komissiyasının sədri seçilib
Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.