Daşkəsənə güclü dolu düşüb, leysan yağıb- Bir çox kəndə ziyan dəyib

Bu gün saat 11:00 radələrində Daşkəsən rayonu ərazisində güclü dolu və leysan yağışları yağıb.

İntensiv leysan yağışları və dolu qısa müddət ərzində Daşkəsən şəhərində əksər istinad divarlarını dağıdıb, yol infrastrukturunu, bəzi elektrik və rabitə xətlərini qırıb, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub.

Rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə, təsərrüfatlara ciddi ziyan dəyib.

Daşkəsən şəhərinin mərkəzi küçəsindən güclü sel keçir. Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.

Hazırda dəymiş ziyanların aradan qaldırılması istiqamətində Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür.

Əvvəlki məqalə

QMİ sədri Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Sonrakı məqalə

“Gizlətməyəcəm, ordunu döyüşə hazır vəziyyətə gətirmişdik…”