Daşkəsəndə işdən çıxarılan müdirə Goranboyda vəzifə verildi- FOTO

Vəzifə
Vəzifə

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna yeni müdir təyin edilib.

AzPost-un “Unikal”a istinadən məlumatına görə, sözügedən rayonlar üzrə təhsil sektorunun müdiri vəzifəsinə Vüsal Cəfərov təyinat alıb.

O, bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon üzrə təhsil sektorunun müdiri vəzifəsində çalşıb.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil  sektoruna əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında vəzifəsindən azad edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.