Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna yeni müdir təyin edilib.
AzPost-un “Unikal”a istinadən məlumatına görə, sözügedən rayonlar üzrə təhsil sektorunun müdiri vəzifəsinə Vüsal Cəfərov təyinat alıb.
O, bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon üzrə təhsil sektorunun müdiri vəzifəsində çalşıb.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında vəzifəsindən azad edilib.