Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü

Dava
Dava

Rusiyanın Sankt-Peterburq şəhərində dalaşan gəncləri ayırmaq istəyən 70 yaşlı ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə aprelin 7-də Moskva şossesində yerləşən mağazalar şəbəkəsinin yaxınlığında baş verib. Yaşlı qadın dava edən gəncləri ayırmağa çalışıb. Təqaüdçü yaxınlaşanda gənclərdən biri onun üstünə yıxılıb və o, başından möhkəm zədə alıb.

Xəsarət alan təqaüdçü Kolpinodakı 33 saylı xəstəxanaya yerləşdirilib. Orada yaşlı xəstənin yaşla bağlı xəstəlikləri kəskinləşib, fəsadlar başlayıb. O, mayın 8-dək tibb müəssisəsində qalıb. Ağciyər emboliyası səbəbindən onu xilas etmək mümkün olmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.