“Davamlı sülh üçün işləyəcəyik”- Aİ Anım Günü ilə bağlı paylaşım edib

2020-ci il müharibəsində həlak olanların xatirəsinin anım günündə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi münaqişədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Facebook səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Aİ Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir, barışığa və düşmənçilik səhifəsini çevirməyə yönəlik səyləri dəstəkləyir.

Azərbaycan xalqına və regiona sülh və firavanlıq arzulayırıq!”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.