“Mançester Siti”də ilk ayrılıq baş tutub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi David Silva klubla vidalaşıb.
34 yaşlı ispaniyalı oyunçu sosial şəbəkə vasitəsilə “şəhərlilər”ə “əlvida” deyib: “Bu komanda üçün çox darıxacağam”, – yazan Silva mövsüm başa çatdıqdan sonra azad agent statusuna yiyələnəcək. Hazırda onun xidmətində “Betis”, “İnter-Mayami” və “Milan” maraqlıdır.
Qeyd edək ki, David Silva 2010-cu ildən “Mançester Siti”də çıxış edir.