Davosda Dünya İqtisadi Forumu başlanır

Bu gün İsveçrənin Davos şəhərində 54-cü Dünya İqtisadi Forumu öz işinə başlayır. Forumun devizi “Etibarın bərpası” olacaq.

Yanvarın 15-dən 19-na kimi keçiriləcək forumun təhlükəsizliyini təmin etmək üçün İsveçrə Müdafiə Nazirliyi 5 min hərbçini səfərbər edib.

Forumda 60-dan çox hökumət və dövlət başçısı, o cümlədən Avropa Komissiyasının, BMT, NATO, Dünya Bankının, Ümumdünya Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Avropa dövlətləri ilə yanaşı Asiya, Latın Amerikası və ərəb dövlətləri də foruma qatılacaqlar.

Yanvarın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi müraciətlə çıxış edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.