Davranış pozuntuları ilə bağlı uşaqlara psixoloji dəstək təlimi keçirilib

“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.

Layihə çərçivəsində keçirilən növbəti təlim zamanı layihədə iştirak edən 15 uşaqla emosional inkişafın dəstəklənməsi, emosiyaların tanınması və düzgün şəkildə ifadə olunmasına yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər təşkil olunub. Məşğələnin əsas məqsədi uşaqlarda öz emosiyalarını anlama, başqalarının emosional vəziyyətini tanıma, duyğuları uyğun şəkildə ifadə etmə və emosional özünü tənzimləmə bacarıqlarının inkişaf etdirilməsi olub.

Təlim zamanı uşaqların yaş və inkişaf səviyyələrinə uyğun müxtəlif metodika, didaktik material və vizual vəsaitlərdən istifadə edilib. Məşğələ çərçivəsində əsas emosiyaların tanıdılması, mimika və jestlər vasitəsilə duyğuların müəyyən edilməsi, emosional situasiyaların analiz edilməsi, şəkillər və kartlar üzərindən emosiyaların fərqləndirilməsi, rol oyunları və qarşılıqlı ünsiyyətə əsaslanan fəaliyyətlər həyata keçirilib. İstifadə olunan metodikalar uşaqlarda:

– emosiyaları tanıma,
– duyğuları sözlə ifadə etmə,
– mimika və jestləri anlama,
– empatiya qurma,
– emosional özünüifadə,
– emosional özünənəzarət,
– başqalarının hisslərini anlama,
– sosial situasiyalara uyğun emosional reaksiya vermə,
– davranış və emosiyalar arasındakı əlaqəni anlama bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.

Vizual materiallar, emosional kartlar və oyun əsaslı fəaliyyətlər uşaqların məşğələyə marağını artırıb və onların aktiv iştirakına müsbət təsir göstərib.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.