Dayanacağı parkinqə çevirən sürücülər- FOTO/VİDEO

Paytaxtın Fətəli xan Xoyski küçəsi, Gənclik Mall ticarət mərkəzinin qarşısındakı avtobus dayanacağında qaydaları kobud şəkildə pozan sürücülər kameraya düşüb.

Bu barədə AzPost-a oxuculardan biri görüntülər göndərib. Hadisə 6 dekabr saat 14:45 radələrində qeydə alınıb.

Belə ki, 77 LU 598 dövlət qeydiyyat nişanlı “Toyota Prius” və 77 FY 125 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobillərin sürücüləri dayanacaqda maşını park edir. Bununla da avtobusların çıxışına maneə törədir.

Görüntüləri təqdim edirik:

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.