Amerikanın “New York Post” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Nyu-Yorkda qəssab bıçağı olan bir şəxs uşaqlara hücum edib. AzPost xəbər verir ki, hadisənin ötən gün axşam saatlarında baş verdiyi bildirilir. 11 yaşlı qız hüquq-mühafizə orqanlarına zəng edib. O, polisə bildirib ki, dayısı ona və bacılarına hücum edib.
“Hadisə yerinə gələn polis əməkdaşları giriş qapısının yanında dayanmış və əlində qanlı balqabaq tutan bir kişi tapıblar”, – nəşr qeyd edib.
Adama silahı atmağı desələr də, o, bundan imtina edərək polisə tərəf gedib. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açıb. Hücum edən şəxs hazırda tibb müəssisəsindədir.
Hücum nəticəsində 8, 11, 13 və 16 yaşlı dörd qız ağır bıçaq xəsarətləri alıb.