De Nironun sabq arvadı ayda 100 min xərclik istədi, aktyor imtina etdi –"Virusa görə qazanc yoxdur" dedi

Dünyada yayılan koronavirus infeksiyası həm sosial həyata, həm münasibətlərə, həm də iqtisadiyyata mənfi təsir edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollivudun ən çox qazanan ulduzları da bu vəziyyətdən ziyan görüblər. Bunlardan biri də Robet De Nirodur.

Aktyor 2018-ci ildə ayrıldığı həyat yoldaşı Qreys Haytovənin kredit kartı limitini 50 min dolları aşıb 100 minə yüksəlməsi tələbini rədd edib. O, maddi sıxıntı yaşadığını bildirib.

Boşanma davası hələ də davam edən cütlük növbəti dəfə hakim qarşısına çıxıblar. Qreysin vəkili De Nironun keçmiş arvadı və uşaqlarını evə buraxmadığını, onun istifadə etdiyi və özünün ödədiyi kredit kartının limitini aşağı salıb.

Robertin vəkili də maddi iddiaların aşağı salınmasını, aktyorun sıxıntı yaşadığını söyləyib. O, koronavirus infeksiyasına görə bir çox biznesinin bağlandığını bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir