“Qanuni oğru” həbs edildi

Rusiyanın Sverdlovsk vilayətində cinayətkar və “qanuni oğru” Georgi Akoyev həbs edilib. O, kriminal aləmdə “Qiya Sverdlovski” kimi tanınır. 

AzPost bildirir ki, bu barədə Yekatrinburq vilayət məhkəmələrinin birgə mətbuat xidmətinin məlumatında deyilir.

Sverdlovsk vilayətinin Verx-İsetski Rayon Məhkəməsi onun barəsində 30 dekabra qədər həbs qətimkan tədbiri seçib.

Hüquq-mühafizə orqanları hələlik Akoyevin həbsi və ya ona qarşı qaldırılan iş barədə şərh verməyib. Mediada yayılan məlumatlara görə, o, 31 oktyabrda Yekaterinburqun elit yaşayış komplekslərindən birində tutulub. O, nəşrlərdə həmçinin  cinayətkar avtoritet Aslan Usoyan-“Ded Xasanın qardaşı oğlu” kimi də xatırlanır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.