“Delimitasiya üzrə Komissiyanın formalaşdırılmasına tez başlamaq lazımdır” –Rusiya XİN

“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı ardıcıl səylər göstərir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı ardıcıl səylər göstəririk, harada ki, təəssüflər ki, vaxtaşırı silah tətbiqi ilə insidentlər baş verir, insan itkiləri olur. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın formalaşdırılması işinə mümkün qədər tez başlamaq lazımdır”, – deyə Rusiya XİN-in saytında xarici işlər naziri Sergey Lavrovun ötən ilin yekunlarına dair illik mətbuat konfransında KİV-lərin göndərdiyi suallara yazılı cavablarda qeyd olunub.

Diqqətə çatdırılıb ki, Rusiya bu prosesdə Bakı və İrəvana məsləhətçi yardım göstərməyə hazırdır.

Rusiya XİN-dən o da bildirilib ki, rəsmi Moskva saxlanılanlarla bağlı məsələnin həllində də fəal iştirak edir: “Xatırladaq ki, 2020-ci il dekabrın 2-dən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 nəfər geri qaytarılıb. Onlardan 127-si Ermənistan tərəfinə, 19-u isə Azərbaycan tərəfinə qaytarılıb”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir