“Delta” ştammı peyvənd olunanlar vasitəsilə də yayıla bilər

31 İyul 2021 - 14:27

ABŞ -da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) koronavirusun “Delta” stammı ilə bağlı məlumatları yeniləyiblər.

Məlum olub ki, bu ştamm çox yolxuculuğu ilə seçilir və hətta peyvənd olunmuş insanlardan da ötürülə bilər.

Cümə günü axşam bu barədə məlumatları Qərb mediası və xüsusən də Reuters agentliyi yayıb.

Məlumatlarda deyilir ki, “Delta” ştammı, yoluxucu xəstəliklər arasında suçiçəyi ilə müqayisə edilə bilər. Beləki peyvənd edilmiş insanlar tərəfindən ötürülür və əvvəlki koronavirus ştampları ilə müqayisədə daha ciddi fəsadlara səbəb ola bilər.

Məlumatda o da vurğulanır ki, peyvənd olunmamış insanların “Delta” ilə yoluxma ehtimalı üç dəfə, peyvənd edilənlərə nisbətən isə ağırlaşmaq və ya ölmək ehtimalı 10 dəfədən çoxdur.

СDC koronavirusa qarşı mübarizə üsullarının dəyişdiyini etiraf edir və bildirir ki, indi peyvənd olunmuş insanları risklərlə bağlı fərdi qaydada məlumatlandırmaq lazımdır.

Sənəddə peyvənd edilmiş insanların yoluxma ehtimalının daha az olmasına baxmayaraq, “Delta” ilə yoluxduqları təqdirdə, onların arasında virusun peyvənd olunmamış insanlar arasında yoluxma ehtimalı təxminən eynidir.