“Demək asandır, pensiyaçılarla nə edəcəyik?!”- Lukaşenko qiymətləri qaldırmaq təklifinə qarşı çıxdı

“Müəssisələr qiymətləri artırmaqla yox, səmərəli istehsal hesabına mənfəəti artırmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdəki 1 nömrəli süd zavodunda yoxlama zamanı bildirib.

“İnsanlar əsasən süd və kefir qəbul edirlər. Siz ki iqtisadçısınız, pensiyaçılarla nə edəcəyik? Deməyə nə var?! Qiymətlərin qalxmasını gözləməkdənsə, istehsal səmərəli olsun. Onda rentabellik daha yüksək olacaq”, – Lukaşenko qeyd edib.

Belarus liderinin bəyanatı Minsk vilayətinin İcraiyyə Komitəsinin sədri Aleksandr Turçinin süd məhsullarının qiymətinin artırılması təklifinə cavab olaraq verilib. Turçin hesab edir ki, bu tədbir müəssisələrin iqtisadi vəziyyətini yaxşılaşdıra bilər.

Azpost.info

Əvvəlki məqalə

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub

Sonrakı məqalə

“Azəriqaz”ın boru xətlərinin qaz qəbulu azalıb