Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub

Azərbaycan prezidentinin sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Çingiz oğlu Mürsəlov bu gün prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Əvvəlki məqalə

“1,4 milyarddan çox çinliyə qarşı mübarizənin sonu yaxşı olmayacaq”

Sonrakı məqalə

“Demək asandır, pensiyaçılarla nə edəcəyik?!”