Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Demokratik Jurnalistlər Liqası yeni layihə həyata keçirir

User 20 May 2025 - 17:51 (Last updated: 22 May 2025 - 22:14)
demokr

Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin “Azərbaycan multikulturalizmi modeli örnəkdir – teledebatlar” mövzusunda layihəsi başlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyi “Azərbaycan multikulturalizmi modeli örnəkdir – teledebatlar” mövzusunda layihənin icrasına başlayır.  Layihə çərçivəsində dövlətin əsas istiqamətlərindən biri olan multikulturalizm siyasətinin təşviq edilməsi məqsədilə silsilə televiziya müzakirələrinin hazırlanması nəzərdə tutulur.

Azərbaycanın tarixi ərazilərində əsrlər boyu məskunlaşan müxtəlif milli və dini icmaların fəaliyyətləri müddətində heç vaxt dini və milli zəmində münaqişə baş verməyib. Dünyada tayı-bərabəri olmayan bu multikultural durumun təşviq edilməsinə xidmət edən televiziya müzakirələrinin internet televiziyasının studiyasında hazırlanaraq canlı yayımlanması və YouTube-da, digər sosial şəbəkələrdə yerləşdirilməsi layihənin əsas məqsədidir.

Ölkəmizdə yüzillər boyu sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayan milli və dini icmaların fəaliyyəti, onlara dövlət qayğısı və bu sahədə yürüdülən dövlət siyasəti barədə layihə çərçivəsində rəsmi qurum nümayəndələri və peşəkar mütəxəssislər tərəfindən ətraflı müzakirələr aparılaraq müxtəlif televiziya proqramları hazırlanacaq və sosial mediada yayımlanacaq. Bu teledebatlar daim internet məkanında qalaraq izləniləcək və layihə mövzusunun hər zaman əlçatan olmasını təmin edəcəkdir.

Eyni zamanda, Facebook sosial şəbəkəsində ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı müzakirələr təşkil ediləcək.

AzPost.az

Post navigation

Previous: Narkoşəbəkəyə qarşı əməliyyat
Next: Üzüklərin gücü: İnsanlar niyə daşlara inanır?

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.