Demokratlar və respublikaçılar Senatda Trampın impiçmenti formatını razılaşdırıb

ABŞ senatında demokratik çoxluğun lideri Çak Şumer və respublikaçı azlığın rəhbəri Mitç Makkonnell sabiq Prezident Donald Trampın impiçment prosedurunun keçirilməsi qaydası barədə razılığa gəliblər.

“USA Today” qəzeti xəbər verir ki, tərəflər Senatda sabiq Prezidentin impiçmenti üzrə ədalətli məhkəmə prosesini təmin edəcək strukturu razılaşdırıb. Çak Şumerin sözlərinə görə, hər bir tərəfin öz arqumentlərini ifadə etmək üçün kifayət qədər zamanı olacaq.

Sabiq Prezidentin müdafiəsi Donald Trampın artıq dövlət başçısı postunu tərk etdiyindən məhkəmə prosesinin konstitusiyaya zidd olduğunu israr etdiyi üçün fevralın 9-da proses çərçivəsində işin dayandırılmasının vacibliyi barədə dörd saatlıq debatlar keçiriləcək. Əgər prosesə xitam verilməsə, tərəflərə arqumentlərini Senata təqdim etmələri üçün 16 saat vaxt ayrılacaq. Bu, baş verməsə, iclas başlayacaq.

Qeyd edək ki, Donald Trampa qarşı “Qiyama təhrik” maddəsi üzrə ittiham irəli sürülüb. O, ABŞ tarixində Konqresin aşağı palatası tərəfindən haqqında iki dəfə impiçment qərarı çıxarılmış ilk prezidentdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsveçrədə niqabın qadağan olunması ilə bağlı referendum keçiriləcək

Sonrakı məqalə

Azərbaycan Ordusunun 4 hərbçisi minaya düşüb