“Fransız aktyor Jerar Depardye Ukraynadakı xüsusi əməliyyatı tənqid etdiyinə görə Rusiya vətəndaşlığından məhrum edilməlidir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının “Ədalətli Rusiya-Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov bildirib.
Mironovun sözlərinə görə, aktyor açıqlamaları ilə Rusiyaya qarşı çıxır. Onun fikrincə, ölkədə təxribatçılıq fəaliyyəti göstərən hər kəsə qarşı eyni tədbirlər görülməlidir. “Depardyenin Rusiya pasportu almaq istəməsinin səbəbi gəlirinin 56 faizini Fransada ödəmək istəməməsidir. 13 faiz gəlir vergisi üçün Rusiya vətəndaşlığını almaq… Belə insanlar vətəndaşlıqdan məhrum edilməlidir”, – Mironov deyib.
2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən Jerar Depardye Rusiyanın Ukraynadakı hərbi əməliyyatını tənqid edib. Kreml aktyorun Ukraynada baş verənlərin mahiyyətini tam dərk etmədiyinə əminliyini bildirib və Depardyeyə xüsusi əməliyyatın səbəblərini izah etməyi təklif edib.
Azpost.info